"Çelsi"nin qapıçısı Robert Sançes komandasının Çempionlar Liqasındakı şanslarını yüksək qiymətləndirib. Sport24.az xəbər verir ki, London təmsilçisi Liqa mərhələsinin 5-ci turunda "Barselona" üzərində evdə 3:0 hesablı inamlı qələbə qazanıb.

 

İspaniyalı qolkiper oyundan sonra verdiyi açıqlamada "Barselona"nın turnirin qalibi olmağa favorit olmadığını bildirib:

 

"Barselona favoritdir? Xeyr. Favorit bizik, "Çelsi". Mark Kukurelya Lamin Yamalı cibində saxladı".

 

Hazırda Enso Mareskanın komandası 10 xal toplayaraq turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. Kataloniyalılar isə 7 xalla 15-ci pillədə yer alıblar.