"Serikspor"un keçmiş məşqçisi Sergey Yuran "Sport-Ekspress" nəşrinə "Turan Tovuz"un çalışdırcısı Kurban Berdiyevin ona verdiyi məsləhətlər barədə danışıb. Sport24.az həmin müsahibənin bir hissəsini təqdim edir.

 

- Türk oyunçularla münasibətlərin necə qurulacağı barədə kimləsə məsləhətləşdiniz?

- Kurban Berdiyevlə Türkiyədə görüşdüm. Həmin vaxt tanış Ankara yaxınlığında təlim-məşq toplanışında idik. Və elə oldu ki, Berdiyevin komandası ilə eyni oteldə qaldıq. O, Türkiyəyə Azərbaycanın Turan komandası ilə gəlmişdi. Həmin axşam onunla çay içdik və söhbət etdik. O, fikirlərini bölüşdü.

 

- Bəs sənə nə dedi?

- "Sergey, daha çox qulaq as. Bilirəm ki, sən emosional adamsan. Amma "vintləri" çox tez sıxma. Hər şeyi sakitcə et, tədricən öz yolunu tut. Hamını dinlə, amma öz yolunla get. Sadəcə, xahiş edirəm, çox sərt olma. Hər şeylə razılaş, amma öz yoluna davam elə (gülümsəyir). Kurban Bekiyeviç həmçinin komandanın veteranları ilə daha çox ünsiyyət qurmağımızı, məşqdə niyə bu və ya digər məşqi etdiyimizi izah etməyimizi məsləhət gördü. Başqa sözlə, onlara öz yanaşmamız olmalıdır.

 

- Məsləhət işə yaradı?

- Bəli. Hər şey onun dediyi kimi oldu. Kiminsə xətrinə dəymədən tələblərimizi uşaqlara çatdırdıq. Dediyim kimi, Şərq incə bir məsələdir. Oradakı insanlar bəzən çix tez inciyirlər. Buna görə də vəziyyəti gərginləşdirməyə ehtiyac yoxdur.