Portuqaliya təmsilçisi "Boavişta" iflas həddinə yaxınlaşır. Sport24.az xəbər verir ki, bu barədə bu ölkənin KİV-i məlumat yayıb.

 

"Boavişta" maliyyə problemləri səbəbindən Portuqaliya futbolunun ikinci, üçüncü və ya dördüncü liqalarında oynamaq üçün lisenziya ala bilməyib. Acınacaqlı maliyyə vəziyyətinə görə, "Boavişta" regional liqada oynamaq məcburiyyətində qaldı. Komanda oktyabr ayında ardıcıl texniki məğlubiyyətlər səbəbindən liqadan kənarlaşdırıldı.

 

Dünən isə rəhbərlik yığılan böyük borclar səbəbindən Vila Nova de Gaya məhkəməsinə klubun fəaliyyətini dayandırması ilə bağlı müraciət olunduğunu təsdiqləyib. 

 

122 yaşlı klubun rəhbərliyi strukturu qorumağa çalışacaqlarını bildirdi.

 

Qeyd edək ki, "Boavişta" 2001-ci ildə Portuqaliya çempionluğunu, beş dəfə ölkə kubokunu, üç dəfə isə Portuqaliya Super Kubokunu qazandıb.