Hindistanın Qoa şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, Özbəkistan təmsilçisi Javohir Sindarov birinci olub.
O, final görüşünün tay-breykində çinli rəqibi Vey İ ilə dueldən qalib ayrılıb.
Qeyd edək ki, Sindarov, Vey İ və yarışı üçüncü sırada bitirən rusiyalı Andrey Yesipenko 2026-cı ildə keçiriləcək İddiaçılar Turnirində iştirak etmək hüququna yiyələniblər.