UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda səfərdə "Napoli"yə qarşı matçda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib. Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Sport24.az-a verdiyi məlumata görə, kolumbiyalı müdafiəçinin bugün aparılan müayinələr nəticəsində vəziyyətinin normal olduğu bəlli olub.