"Yaxşı oyun keçirdiyimizi düşünürəm. Birinci hissədə daha yaxşı çıxış etdik. İkinci yarıda matça tam köklənə bilmədik". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Mateuş Koxalski İTV-yə açıqlamsında deyib.
Polşalı qolkiper İtaliyada "Napoli"yə uduzduqları (0:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu barədə danışıb:
"Bu gün mənim yaxşı qurtarışlar etməyim və penalti qaytarmağım önəmli deyil. Çünki mənim üçün əsas komandanın nəticəsidir. Təəssüflər olsun ki, bu gün alınmadı. Bu qarşılaşmadan 1 və ya 3 xal da qazanmaq mümkün idi. Məğlub olduğumuz üçün məyusam. Ümid edirəm ki, növbəti oyunda daha yaxşı çıxış edəcəyik".