"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını Niderlandda davam etdirəcək. Sport24.az xəbər verir ki, "Ayaks" klubu qolkiperin transferi ilə bağlı kataloniyalılarla anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman qapıçı 2026/27 mövsümündə icarə əsasında Amsterdam klubunda çıxış edəcək.
Ştegen ötən mövsümün ikinci dövrəsini icarə əsasında "Jirona"da keçirib. Komandaya həmin vaxt hazırda "Ayaks"ı çalışdıran Miçel Sançes rəhbərlik edib.