"Kəpəz"də baxışda olan daha bir futbolçunun adına aydınlıq gəlib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi nigeriyalı Samson Oqunmola Olaoluvanını baxışdan keçirir.

22 yaşlı vinger hazırda komandanın düşərgəsində məşqlərdə iştirak edir.

Futbolçunun taleyi ilə bağlı yekun qərarı məşqçilər korpusu verəcək. Müsbət qərar olacağı təqdirdə, onunla müqavilə imzalana bilər.