Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, yığmamız Vise şəhərində keçiriləcək Belçika açıq turnirində 12 çəki dərəcəsində 27 cüdoçu ilə təmsil olunacaq.

 

Məşqçilər korpusu yarışda Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova (hər üçü 48 kq), Aydan Vəliyeva, Xədicə Qədəşova, Fidan Qasımova (hər üçü 52 kq), Acelya Toprak, Fidan Əlizadə, Aytən Verdiyeva (hər üçü 57 kq), Nərgiz Hacıyeva (63 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq), Nigar Süleymanova (+78 kq), Murad Muradlı (60 kq), Elşən Əsədov, Nazir Talıbov (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Qadir Hüseynov, İbrahim Əliyev, Aydın Rzayev, Rüfət Şövlətov (hamısı 73 kq), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Süleyman Şükürov (hər üçü 81 kq), Nihad Şıxəlizadə (100 kq), İmran Yusifov və Camal Feyziyevə (hər ikisi +100 kq) şans verəcək.

 

Qeyd edək ki, yanvarın 25-26-da keçiriləcək beynəlxalq turnirdə 24 ölkədən 800-dən çox idmançı iştirak edəcək.