"Təəssüf ki, əvvəlki oyunlarda olduğu kimi "Qarabağ"la qarşılaşmada da komandadan ayrı qalacam". Sport24.az xəbər verir ki, bunu "Ayaks"ın futbolçusu Devi Klassen deyib.

 

31 yaşlı yarımmüdafiəçi Avropa Liqasının iştirak ərizəsinə daxil edilmədiyi üçün "Qarabağ"a qarşı oynaya bilməyəcək. Baş məşqçi Françesko Fariolini futbolçunun Amsterdamda qalıb məşq etməli olduğunu bildirib: "İndi mən evdə qalmalı olacam. Komandamız "Qarabağ"la matçın ertəsi Bakıda məşq etməyəcək. Buna görə də səfərə yollanmamağıma qərar verildi. Burada qalmalı və məşq etməliyəm".

 

Qeyd edək ki, "İnter"dən "Ayaks"a qayıdan Klassenin keçidi sentyabrın ikinci yarısında gerçəkləşdiyi üçün Avropa Liqasına sifariş olunmayıb.