"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Ayaks" Bakıya səfər öncəsi qələbə qazanıb. Sport24.az xəbər verir ki, Amsterdam təmsilçisi Erediviziyanın 9-cu turda "Herakles"in qonağı olub.

 

Məhsuldar keçən qarşılaşmada qapılara 7 qol vurulub. "Ayaks" 4:3 hesabı ilə qalib gəlib. Ardıcıl 3-cü qələbəsini qazanan amsterdamlılar 16 xalla 3-cü pillədə qərarlaşıblar.

 

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də Tofiq Bəhhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.