"Tottenhem"in baş məşqçisi Anze Postekoqlu "Tottenhem"i tərk edəcək. Sport24.az xəbər verir ki, bu barədə Teleqraf.com məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 59 yaşlı avstraliyalı Avropa Liqasını qazansa və gələn mövsüm Çempionlar Liqasına yüksəlsə belə, London klubunu tərk etmək ehtimalı böyükdür.

 

Qeyd edək ki, 33 turdan sonra "Tottenhem" 37 xalla turnir cədvəlində 16-cı yerdədir.