Avropanın köklü klublarından olan "Milan" və "Bavariya" "Yuventus"un hücumçusu Duşan Vlahoviçi transfer etməkdə maraqlıdır. Sport24.az xəbər verir ki, "Sky İtaly" məlumat yayıb.
Mənbələrin sözlərinə görə, hər iki klub yay "transfer pəncərəsi"ndə futbolçu üçün konkret addımlar atmağı planlaşdırır.
Qeyd edək ki, Duşan Vlahoviçin hazırkı müaviləsi bu ilin yayında başa çatır.