AVRO-2024-də iştirak edəcək milli komandaların baş məşqçiləri və milli assosiasiyaların nümayəndələri üçün seminar keçirilib.

Sport24.az xəbər verir ki, Almaniyanın Düssüldorf şəhərində təşkil olunan tədbirdə UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rozetti və müavini Byorn Kuypers də iştirak ediblər.

Komitə rəhbərləri AVRO-2024-də VAR-ın müdaxiləsinin maksimum azalacağını vurğulayıblar. VAR aşkar səhvlər zamanı müdaxilə edəcək.

AVRO-2024 zamanı VAR hakimləri Leypsiqdə, AVAR hakimləri Frankfurtda məskkunlaşacaq. Ədalət təmsilçilərinin siyahısı aprelin sonu və ya mayın əvvəlində açıqlanacaq.

Qeyd edək ki, mayın ortalarında AVRO-2024-ün iştirakçısı olan bütün hakimlərin toplanışı keçiriləcək.