Madrid "Atletiko"sunun rəhbərliyi hazırkı müqaviləsi 2027-ci ildə başa çatmasına baxmayaraq baş məşqçi Dieqo Simeoni ilə anlaşmanı uzatmağı düşünür. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, argentinalı mütəxəssislə rəsmi danışıqlar hələ başlamayıb. Rəsmilər əmindir ki, Simeone yeni sözləşməyə imza atacaq. "Atletiko"nun prezidenti Enrike Sereso, baş direktor Migel Anxel Gil Marin və idman direktoru Mateu Alemani argentinalının komandanın "sükanı arxasında" qalacağına əmindirlər.
Qeyd edək ki, Simeone 2011-ci ilin dekabrından Madrid klubunu çalışdırır və bu müddət ərzində o, komanda onun rəhbərliyi alttında iki dəfə ölkə çempionu olub. Cari mövsümdə 18 oyundan sonra aktivində 37 xal olan "Atletiko" turnir cədvəlində üçüncü yerdədir.