Bu gün I Liqada 12-ci tura start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq. 

 

"Şahdağ Qusar" "Mingəçevir"in qonağı olacaq. "Səbail" autsayder "Şimal"lı qəbul edəcək. "Bakı Sportinq" isə "doğma divarlar" arasında "Zaqatala" ilə üz-üzə gələcək.

 

I Liqa

XII tur

24 dekabr (çərşənbə)

14:00. "Mingəçevir" – "Şahdağ Qusar"  
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, İslam Məmmədov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

14:00. "Səbail" – "Şimal" 
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Nəriman Ağayev
"ASCO Arena"

14:30. "Bakı Sportinq" – "Zaqatala"
Hakimlər: Elvin Bayramov, Teymur Teymurov, Şirmamed Mamedov, Şamil İmanzadə
Buzovna qəsəbə stadionu

 

25 dekabr (cümə axşamı)

14:00. MOİK – "Şəfa" 

14:30. "Difai" – "Cəbrayıl"