Albaniyada futbol üzrə ölkə çempionatının 18-ci turu keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Teuta" ilə qarşılaşıb.

 

Matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

 

Zamiq bu matçda start heyətində meydana daxil olub. Millimizin üzvü 90+2-ci dəqiqədə 2-ci sarı vərəqədən qırmızı vərəqə ilə meydanı tərk etməli olub.

 

Qeyd edək ki, "Eqnatiya" 37 xalla ilk pillədə qərarlaşıb.