"İnter"in hücumçusu Anj-Yoan Bonni məşq zamanı zədələnib. Sport24.az xəbər verir ki, fransalı forvard bir neçə həftə yaşıl meydanlardan kənar qalacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu sol dizindən xəsarət alıb. Tibbi müayinədən sonra oyunçuya diz oynağının bağlarının dartılması diaqnozu qoyulub.
İtaliya KİV-lərinin yazdığına görə, Bonninin bərpa prosesi ən azı 2–3 həftə çəkəcək.
Qeyd edək ki, Anj-Yoan Bonni cari mövsümdə Milan təmsilçisinin heyətində bütün turnirlərdə 20 matça çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.