Tomas Müller Lionel Messinin 2026-cı il Dünya Kuboku üçün perspektivlərini qiymətləndirib. Sport24.az xəbər verir ki, alman futbolçu bu barədə "Yahoo Sports" açıqlama verib:
"Onun Dünya Kubokunda oynaması çox maraqlı olardı. Bu, güc balansını əhəmiyyətli dərəcədə dəyişə bilər. Bunun Argentinanın oyununa müsbət və ya mənfi tərəfdən təsir götərəcəyini deyə bilmərəm.
MLS finalında Messiyə qarşı oynadım və o, topu qəbul edərkən çox həyəcanlı idi. Düzgün mövqe seçməklə hücuma qoşulurdu. Amma onun hazırkı oyun tərzinin mötəbər turnirdə faydalı olub-olmayacağından əmin deyiləm. Hər halda, Argentina mənim üçün favoritlər arasındadır".
Qeyd edək ki, Argentina millisinin lideri hələ dünya çempionatında iştirakını təsdiqləməyib. 38 yaşlı Messinin kapitanı olduğu milli 2022-ci ildə turnirin qalibi olub.