"Barselona"nın yarımmüdafiəçisi Markus Reşford Kataloniya klubundakı gələcəyi barədə danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Sport.es"ə açıqlama verib:
"Gələcəyim? "Barselona"da qalmaq istəyirəm. Məqsədim budur... Komandanın əsas hədəfi daim qalib gəlməkdir. "Barselona" titul qazanmaq üçün qurulmuş nəhəng və gözəl bir klubdur".
Qeyd edək ki, "Mançester Yunayted" ötən yay Reşfordu Kataloniya klubuna icarəyə göndərib.