"Neftçi"nin hücumçusu Vensan Abubakarın Afrika Millətlər Kubokunda Kamerun millisinin heyətindən kənarda qalmasının səbəbi məlum olub. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto millinin hazırkı kapitanını bilərəkdən heyətdən kənarlaşdırıb. Səbəb də məlumdur.

 

Abubakar millidə 45 qol vurub. Samuelin isə 56 qolu var. İddiaya görə, "Neftçi"nin hücumçusunun bombardirlik yarışında Etoya yaxınlaşması hazırkı federasiya prezidentini qorxudub. O, Kamerunun bütün zamanların ən çox qol vuran oyunçusu statusunu itirmək istəmir.

 

Qeyd edək ki, Kamerun millisi bu gün Afrika Millətlər Liqasınln qrup mərhələsinin ilk turunda Qabonla qarşılaşacaq. Abubakarla yanaşı, yığmanın aparıcı üzvlərindən Andre Onana və Erik Şupo Motinqa da mötəbər turnirdən kənarda qalıb.