"Monako" "Barselona"dan icarəyə götürdüyü cinah yarımmüdafiəçisi Ansu Fati ilə müqaviləni uzatmaqda maraqlı deyil. Sport24.az xəbər verir ki, bu barədə jurnalist və insayder Romeyn Molina sosial media hesabında paylaşım edib.

 

23 yaşlı ispan hazırda bud əzələsindən aldığı zədəni sağaltmaqla məşğuldur. 

 

Qeyd edək ki, Fati bu mövsüm "Monako"nun heyətində ümumilikdə 14 oyunda meydana çıxıb və 6 qol vurub. Onun "Knyazlıq klubu" ilə icarə müqaviləsi 2026-cı ilin yayında başa çatır.