"Atletiko"nun futbolçusu Saul Niqez karyerasını Türkiyədə davam etdirməyə yaxındır. Sport24.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Trabzonspor"a keçməyə hazırlaşır.

 

Hazırda Qaradəniz təmsilçisi Saul üçün danışıqlar aparır.

 

Onun "Atletiko" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Saul karyerası ərzində "Rayo Valyekano", "Çelsi" və "Sevilya" klublarında çıxış edib.