"Qarabağ"dan ayrılan Adama Diakabinin yeni klubunun adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, o, Almaniya 3-cü liqasında mübarizə aparan "Valdhof Manhaym"ına keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Diakabı 2023-2024-ci illərdə "Qarabağ"ın formasını geyinib.