Kopenhagen"in vingeri Runi Barji "Barselona"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
19 yaşlı isveçli ilə 4 illik, 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Barji 2020-ci ildə "Malmö"dən "Kopenhagen"ə keçib. Cinah oyunçusu Danimarka təmsilçisinin əsas komandasının heyətində 84 oyuna çıxıb, 15 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 7,5 milyon avro olaraq qiymətləndirir.