Mövsümlərarası fasilədə heyətində əsaslı dəyişiklər olan "Baku Sporting" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir. Sport24.az-ın əldə etdiyi məlumata görə, komandanın ötənilki çıxışından narazı qalan baş məşqçi Elman Sultanov yeni kollektiv formalaşdırmağa qərar verib.

 

Bu gün I Liqa klubunda imza mərasimi keçirlib. İlham Allahverdiyev, Elşən Abdullayev, Tolqar Yaqubov kimi təcrübəli oyunçular yeni "futbol ili"ndə komandanın formasını geyinəcək. Ümumilikdə isə Buzovna təmsilçisinin 9 yeni futbolçu ilə müqavilə bağladığı söylənilir.

 

Qeyd edək ki, ötən mövsümün yekunlarına görə, "Baku Sporting" çempionatı 8-ci pillədə başa vurub.