"Atletiko" "Real Sosyedad"ın mərkəz müdafiəçisi Robin Le Normandı transfer edib. Sport24.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

 

İspaniya millisi ilə Avro-2024-ün qalibi olan 27 yaşlı futbolçu  tətildən qayıtdıqdan bir neçə gün sonra onunla rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Le Normand ötən mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb, 2 qol vurub.