İspaniya millisinin və "Real Sosyedad"ın yarımmüdafiəçisi Mikel Merino karyerasını İngiltərədə davam etdirəcək. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu "Arsenal"la 2028-ci ilin yayına qədər olan müqavilə imzalamaq barədə razılığa gəlib.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayından İspaniya klubunda çıxış edir. Tərəflər arasındakı müqavilə 2025-ci ilin ortalarına qədər nəzərdə tutulub.