"Arsenal" İngiltərə Premyer Liqasının XXXV turunda "Bornmut"a uduzub – 1:2. Sport24.az xəbər verir ki, "topçular" bu mövsüm hesabı açdığı oyunlarda 21 xal itirib.
Üstünlüyünü qoruya bilməyən London klubu 2019/2020 mövsümündəki antirekordunu yeniləyib.
"Arsenal" 35 turdan sonra 67 xalla Premyer Liqada ikinci sıradadır.