"Mançester Yunayted" Avropa Liqasını qazanaraq Çempionlar Liqasına vəsiqə qazanacağı halda Kazemironun maaşında ciddi artım olacaq. Sport24.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, braziliyalı futbolçunun müqaviləsində "qırmızı şeytanlar"ın Çempionlar Liqasına yüksələcəyi təqdirdə maaşının 100 min funt sterlinq artırılacağı qeyd olunub. Nəticədə onun həftəlik qazancı 500 min funt sterlinq olacaq. Eyni maaşı "Mançester Yunayted"in keçmiş hücumçusu Kriştianu Ronaldo klubda ikinci dəfə dönüşündə alıb.

 

Qeyd edək ki, "Mançester Yunayted" Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda Bilbao "Atletik"ini 3:0 hesabı ilə məğlub edib. Cavab oyunu mayın 8-də baş tutacaq.