Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Nürnberq" Almaniya 2-ci Bundesliqasında 32-ci tur oyununa çıxıb. Sport24.az xəbər verir ki, Miroslav Klozenin komandası öz meydanında "Elversberq"lə qarşılaşıb.

 

M.Emreli əsas heyətdə yer alıb və sonadək meydanda olub. Bunadək 2-ci Bundesliqanın son 3 oyununda 4 qol vuran Emrelinin mini qol seriyası bu matçda qırılıb. 

 

Onun komandası 44-cü dəqiqədə hesabı açsa da (Janis Antiste), fasilədən sonra 3 qol buraxaraq uduzub - 1:3.

 

Beləliklə, "Nürnberq" ardıcıl 3-cü oyunda xal itirib. Hazırda onlar 32 oyundan 45 xalla 10-cu yeri tuturlar.