Misli Premyer Liqasının 33-cü turuna "Neftçi Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Kəpəz"i qəbul edir.

 

Meydan sahibləri üçün bu matç o qədər də əhəmiyyətli deyil. Samir Abasovun komandasının nə medallara iddiası qalıb, nə də elitanı tərk etmək təhlükəsi yaşayır. Bu səbəbdən paytaxt təmsilçisinin üzərində heç bir təzyiq yoxdu. "Kəpəz" isə əksinə. Azər Bağırovun komandası Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. "Səbail" dünən "Araz-Naxçıvan"la heç-heçə etməklə "sarı-göylər"lə xal fərqini 6-ya endirib. Gəncəlilər bu gün paytaxtdan 3 xalla ayrılsa, demək olar ki, böyük ölçüdə intiriqanı öldürəcək.

 

Qeyd edək ki, Rauf Cabarovun idarə edəcəyi matçın start fiti saat 20:00-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXIII tur

20:00. "Neftçi" - "Kəpəz" 2:2 (Birinci hissə)

Qol: Aleks Fernandes, 24, Luis Paçu, 50, Camal Cəfərov, 63, Emin Mahmudov, 90+6 - pen.

Qırmızı vərəqə: Elvin Camalov, 70 ("Neftçi")

 

"Neftçi": 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Bassala Sambu, 88. Andrey Ştoqrin, 11. Aleks Fernandes

 

Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 22. Dembo Darbo, 77. Yeqor Boqomolski

 

"Kəpəz": 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 78. Yeqor Xvalko (k), 11. Trent Buhagiar, 3. Mahamadu Ba, 10. Karim Lkoça, 88. Şevroni Mabatşoev

 

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 9. Luis Paçu, 28. Rati Ardazişvili

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Bakı. "Neftçi Arena".