Bu gün II liqada 24-cü tur start götürüb. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

 

Turun mərkəzi görüşündə "Şəfa" "Şahdağ Qusar" matçı baş tutub. Oyunda hesab açılmayıb 0:0.

 

Qeyd edək ki, hazırda 24 oyunda 68 xalı olan "Şahdağ Qusar" 1-ci, "Şəfa" 65 xalla 2-cidir.

 

Qusar təmsilçisi növbəti matçda 2-ci liqada çempion olacaq.

 

Qeyd edək ki, bu iki komanda 1-ci liqaya vəsiqəni artıq təmin ediblər.