Argentina millisinin və "Strazburq"un hücumçusu Xoakin Panikelli ciddi diz problemi yaşayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, 23 yaşlı futbolçunun çapraz bağ zədəsi səbəbindən təxminən 7 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Bu isə onun bu yay keçiriləcək dünya çempionatında iştirakını qeyri-mümkün edir.

Qeyd edək ki, Xoakin Panikelli Argentina millisində cəmi bir oyunda – Anqolaya qarşı yoldaşlıq matçında iştirak edib.