"Milan" heyətini forvardla gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, "rossonyerlər" "Latsio"nun hücumçusu Valentin Kastelyanosu transfer etməyi planlaşdırır.

 

Milan klubunun rəhbərliyi 26 yaşlı argentinalı üçün hərəkətə keçib. Cənubi amerikalının komandanı tərk edib-etməyəcəyi özünün verəcəyi qərardan asılıdır. 

 

2023-cü il iyul ayında "Latsio"ya keçən Vastelyanosun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

 

"Tati" ləqəbli hücumçu karyerası ərzində "Universidad De Çili", "Torke", "Nyu-York Siti", "Jirona" komandalarında oynayıb.