Donetsk "Şaxtyor"u Arda Turanın xidmətində maraqlıdır. Sport24.az xəbər verir ki, tərəflər müqavilə bağlamağa yaxındır.
"Eyüpspor" baş məşqçisi ilə vidalaşarsa, Ukrayna klubu türkiyə təmsilçisinə təzminat ödəyəcək.
Türk mütəxəssisisin "Şaxtyor"un"sükanı arxasına" keçəcəyi təqdirdə ilinə 2 milyon avro məvacib alacağı bildirilir.
Qeyd edək ki, Ukrayna klubu dünən baş məşqçisi Marino Pusiçlə yollarını ayırıb.