Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" səfərdə "Seul"la qarşılaşıb.
Matçda 4 qol vurulsa da qalib müəyyənləşməyib - 2:2. Krivotsyuk bu qarşılaşmada 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 8 turdan sonra aktivində 17 xal olan "Daejeon" turnir cədvəlinin zirvəsində qərarlaşıb.