“Mən Xavi Alonsonun məşqçisi olmuşam. O “Bayer”də təqdirə layiq işlər görür. Oyunu oxumağı bacarır və buna görə də çox yaxşı məşqçidi. Arzu edirəm ki, həm Xavi Alonso, həm Raul, həm də Alvaro Arbeloa bir gün “Real”ın baş məşqçisi olsunlar. Onların hər üçün çox istəyirəm. Hamı bilir ki, “Real”da çox xöşbəxtəm. Ancaq indiki məqamda bu o qədər də vacib deyil. Gələcək barədə düşünmək lazımd”. Sport24.az xəbər verir ki, bu sözlər “Real”ın baş məşqçisi Karlo Ançelottiyə məxsusdu.
 
Son günlər İspaniya mətbuatında tezliklə Xavi Alonsonun “Real”ın çalışdırcısı olacağı ilə bağlı xəbərlər dolaşır. Bir neçə gün öncə isə “Marca” nəşri 41 yaşlı ispanın 2024/25 mövsümündə baş məşqçi postunda Ançelottini əvəzləyəcəyini bildirib. 

Qeyd edək ki, 6 turdan sonra “Real” 15 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Kral klubu” son turda Madrid derbisində “Atletiko”ya 1:3 hesabı ilə məğlub olub.