Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandasının Fransaya qarşı yoldaşlıq keçirilmiş yoxlama görüşündə 1:2 hesabı ilə uduzmasını şərh edib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis "CNN Brasil"ə açıqlamasında məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qaldığını söyləyib:

 

"Ümumiyyətlə, oyunumuzdan məmnunam. Xüsusilə də standart vəziyyətlərdə yaxşı oynayaraq mübarizə apardıq ki, bu da çox vacibdir. Biz xoşbəxtik. Nəticə ən vacib məsələ deyil. Amma bu, nəyi yaxşı etdiyimizi və nəyi yaxşı etmədiyimizi göstərdi".


Hər iki komanda gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Kubokunda mübarizə aparacaq.