İspaniya millisinin hücumçusu Alvaro Morata "Qalatasaray"ın məşqlərini boykot edir. Sport24.az xəbər verir ki, bu barədə insayder Yavuz Sabuncuoğlu X sosisal şəbəkəsində məlumat yayıb.

 

Futbolçu hazırda icarə əsasında çıxış etdiyi klubdan onu "Komo"ya buraxmasını istəyir. "Qalatasaray" isə forvardın keçidi üçün İtaliya klubundan 6 milyon avro tələb edir.

 

Qeyd edək ki, Morata "Milan"a məxsusdur. Onun türklərlə icarə müqaviləsi 2026-cı ilin yanvarında başa çatır.