"Volksfagen" 2030-cu ilə qədər davam edəcək xilasetmə planı çərçivəsində futbol klublarına qoyduğu bütün investisiyalardan imtina edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, şirkətin Müşahidə Şurasının son toplantısında 2030-cu ilə qədər heç bir futbol klubuna yatırım edilməməsinə dair qərar qəbul olunub. Avtomobil istehsalı nəhəngi "Volsburq" klubunun tam sahibdir, şirkətə daxil olan "Audi" isə "Bavariya"da müəyyən paya malikdir. "Volksfagen"in yenidən qurulması Porşe"-nin "Ştutqart" klubundakı 10,4 faiz payına da təsir göstərə bilər.

 

Qeyd edək ki, avtomobil istehsalı şirkəti bu ildən sahibi olduğu "Volfsburq"un büdcəsini  90 milyon avrodan 55 milyon avroya endirib.