PSV yarımmüdafiəçisi İsmael Saybari karyerasını Almaniyada davam etdirəcək. Sport24.az "Bild" nəşrinə istinadən xəbər verir ki, futbolçu "Bavariya" anlaşmağa çox yaxındır.
Tərəflər arasında müddəti 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanacaq. Premyer Liqanın adı çəkilməyən iki klubu da mərakeşli yarımmüdafiəçinin xidmətində maraqlı olub. Lakin Münhen klubu daha cəld tərpənərək Saybari ilə ortaq məxrəcə gəlib.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm PSV-nin heyətində bütün turnirlərdə 37 oyun keçirib, 19 qol vurub və 9 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçu hazırda Mərakeş millisinin heyətində dünya çempionatına hazırlaşır.