İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sport24.az xəbər verir ki, “neradzurra” “Atalanta”dan Robin Qosensi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

“İnter” Qosens üçün “Atalanta”ya 35 milyon avro ödəyib.

Qosens Almaniya millisinin də üzvüdür.