DÇ-2026-da 1/16 final oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün beşqat dünya çempionu Braziliya millisi meydana çıxıb.


Bakı vaxtı ilə saat 21:00-da başlayan görüşdə "sambaçılar" Yaponiya ilə üz-üzə gəlib. Matç Braziliyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Digər görüşdə isə dördqat dünya çempionu olan Almaniya yığması Paraqvayla qarşılaşıb. Matçın əsas vaxtında tərəflər hərəyə 1 dəfə fərqləniblər. Əlavə vaxtda qapılara qol vurulmayıb və belədə, qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq oynayan Paraqvay millisi qələbə qazanıb. Beləcə, Almaniya yığması mundialla 1/16 finalda vidalaşıb. 

DÇ-2026

 

1/16 final

 

30 iyun

 

Almaniya - Paraqvay - 1:1, penaltilər seriyası: 3:4

Qollar: Xulio Ensiso, 42 (0:1), Kay Havertz, 56 (1:1)