FIFA futbol agenti Antonio Teyşeyranın lisenziyasını ləğv edib. Sport24.az xəbər verir ki, bu barədə "Cnn portugal.iol" nəşri məlumat yayıb.
O, Braziliyada hansısa klubda qanunsuz əməkdaşlıqda ittiham edilib.
İddiaya görə, agent 1999-cu ildə Braziliyada klub sahibi olub. 2005-ci ildə həmin klub başqa şəhərə köçüb. Teyşeyra artıq həmin komanda ilə əlaqəsinin qalmadığını bildirsə də, FIFA bunu qəbul etməyib.
Qeyd edək ki, Antonio Teyşeyra hazırda "Neftçi"də çıxış edən Rafael Quzzonun da agentidir. Portuqaliyalı oyunçunu mövsümün sonunda "ağ-qaralar"dan ayrılacağı gözlənilir.