Sport24.az saytı idman tarixində əlamətdar günlərlə bağlı silsilə yazıları davam etdirir. 1972-ci ilin bu günündə Afrikada futbol bayramı başa çatıb.
Fevralın 23-də 8-ci dəfə təşkil olunan Afrika Millətlər Kubokuna martın 5-də yekun vurulub. Turnirdə 8 komanda iki qrupda mübarizə aparıb. Qitə turnirində Kamerun, Mali, Keniya, Toqo, Mərakeş, Sudan, Konqo yığmaları və Konqo Demokratik Cümhuriyyəti komandası iştirak edib. Sudan son çempion olaraq, Kamerun isə ev sahibi kimi birbaşa final mərhələsində iştirak hüququ qazanıb.
Gərgin mübarizələrin sonunda üçüncülük uğrunda mübarizəyə Kamerun və Konqo Demokratik Cümhuriyyəti yığması vəsiqə qazanıb. 90 dəqiqənin sonunda 5:2 hesablı qələbə qazanaraq bürünc medala sahib olub.
Qızıl medal mübarizəsində isə Konqo və mali yığmaları mübarizə aparıb. Konqo yığması 3:2 hesablı qələbə nəticəsində turnirin qızıl medallarına yiyələnib. Yarışın ən sərrast futbolçusu 5 qolla Mali yığmasının üzvü Fantamadi Keyta olub. Turnirin ən yaxşısı oyunçusu isə Konqonun hücumçusu Fransua Mpele seçilib.
Qeyd edək ki, turnir Kamerunun iki şəhərində - Yaunde və Dualada reallaşıb.