Portuqaliya millisinin futbolçusu Joao Kanselo koronavirusa yoluxub.

Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Kanselonun koronavirus testi müsbət çıxıb.

Portuqaliya millisinin AÇ-2020-nin qrup mərhələsinin ilk turunun Macarıstan yığması ilə oyununun heyətinə Kanselonun əvəzinə Dieqo Dalot daxil edilib.

Macarıstan – Portuqaliya matçı iyunun 15-də keçiriləcək.