"Mançester Siti"dən ayrılacağını açıqlayan Kevin de Bruyne karyerasını ABŞ-də davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Çikaqo Fayr" klubu belçikalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. MLS təmsilçisi qarşıdakı günlərdə Kevinlə danışıqlara başlayacaq.

 

Futbolçunun adı daha əvvəl "İnter Mayami" ilə də hallanırdı.

 

Kevinin müqaviləsi mövsümün sonunda başa atır və o, "Mançester Siti"dən ayrılacaq.