ABŞ-ın Dövlət Katibi Marko Rubio bildirib ki, 2026-cı il dünya çempionatının biletləri azarkeşlər üçün ölkəyə giriş vizasına zəmanət verməyəcək. Sport24.az xəbər verir ki, o, bu açıqlamanı Ağ Evdə mundialın işçi qrupunun iclasında çıxış edərkən verib.

 

Lakin o qeyd edib ki, biletin olması ABŞ konsulluq idarəsində viza müsahibələrinin tezləşdirilməsinə kömək edəcək. Bilet sahibləri üçün müsahibə müraciət etdikdən 6-8 həftə sonra keçiriləcək.

 

Bu arada, ABŞ Prezidenti Donald Tramp viza üçün indi müraciət etməyi məsləhət görüb. Çünki ölkələrin 80 faizi üçün viza üçün gözləmə müddəti 60 gündür.

 

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.