24 fevral tarixi idman tarixində bir neçə hadisə ilə yadda qalıb. Sport24.az xəbər verir ki, tarixin bu günü yeni daha çox yeni klubun yaranması ilə yadda qalıb.

1910-cu ilin 24 fevralında İsveçin "Malmö" klubu yaranıb. Mavi və ağ rəngləri özündə cəmləşdirən Malmö təmsilçisi bu günə qədər 22 dəfə ölkə çempionluğu yaşayıb və 14 dəfə ölkə kubokunun qalibi olub. "Malmö" İsveç komandalarının "üç böyükləri" siyahısında yer alıb. Komanda 1979-cu ildə "Nottingem Forest"lə Avropa Çempion Klublar Kubokunun finalına çıxıb və bu mərhələyə yüksələn tək İsveç klubu olub. 

Daha bir hadisə isə Yeni Zelandiya yığması ilə bağlıdır. Adıçəkilən yığma 1973-cü ilin bu günündə Okeaniya Futbol Konfederasiyasının təşkil etdiyi Millətlər Kubokunun qalibi olub. fevralın 17-də start götürən turnirin oyunları Yeni Zelandiyada keçirilib. Tarixdə ilk dəfə olaraq təşkil edilən bu turnirdə 5 komanda iştirak edib. Final görüşündə Yeni Zelandiya Taiti yığmasını 2:0 hesabı ilə məğlub edərək çempionluq yaşayıb. 2004-cü ilə qədər 2 ildən bir keçirilən turnir daha sonra 4 ildən bir təşkil edilib. Nəhayət son yarış 2016-cı ildə reallaşıb.